Menu
Səbətiniz

Şirkət haqqında

Haqqımızda

“bizimOda” mağazalar şəbəkəsi 2018-ci ildən mebel və ev tekstili sahəsində pərakəndə alış-veriş mağazası olaraq fəaliyyət göstərir. Kiçik butik mağaza ilə fəaliyyətə başlayan şirkət, hal-hazırda 4 satış nöqtəsində fərqli çeşidlərdə ev mebeli və ev tekstili məhsullarını sizlərə təqdim etməkdədir. Mağazalarımızda həm yerli fabrik istehsalı, həm də Türkiyənin tanınmış mebel markalarından seçilmiş məhsullar yer alır. Məhsul çeşidləri günbəgün artmaqda davam edən şirkətin əsas missiyası rahatlığı və minimalizmi bir araya gətirərək, hər evə özünəməxsus atmosfer qatmaqdır.

Müştəri məmnuniyyəti

Bizim üçün müştəri sadəcə alıcı deyil – onun ehtiyaclarını başa düşmək və ona uyğun həllər təklif etmək əsas prinsipimizdir. Mağazamıza gələn hər kəsi qonağımız kimi qarşılayır, 1 fincan təbii İtalyan qəhvəsi ilə heç tələsmədən zövqünüzə və büdcənizə uyğun məhsulu seçməkdə sizə kömək edirik.

Xidmətlərimiz

Çatdırılma və quraşdırılma əlavə xidmətlərimiz çərçivəsinə daxildir. Seçdiyiniz məhsullar ümumilikdə 4 gündən gec olmayaraq, ünvanınızda olur. Satış menecerləri və çatdırılma əməkdaşları daxil olmaqla, təcrübəli heyət seçdiyiniz məhsulların təhvilində yüksək xidmətlə iştirak edirlər.

Rəsmi zəmanət

Mağazalarımızdakı məhsullara növündən asılı olaraq, 2 ilədək rəsmi zəmanət verilir.

Sərfəli şərtlərimiz

Həm nağd, həm də kredit qiymətlərini sərfəli şərtlərlə təklif edirik. Mağazalarımızdan alış zamanı hissə-hissə ödənişlə 18 ayadək faizsiz və komissiyasız məhsul əldə edə bilərsiniz. Kredit şərtlərindən asılı olaraq, seçdiyiniz məhsulları 35 ayadək kreditlə də əldə edə bilərsiniz. Tək şəxsiyyət vəsiqəsilə heç bir əlavə sənəd tələb olunmadan qısa bir zamanda rəsmiləşdirilmə prosesi aparılır. Mağazaya yaxınlaşa bilməyən müştərilər üçün isə “onlayn kredit” imkanımız da mövcuddur.

Faizsiz taksit imkanlarımız da var: Birkart/Tamkart/Leokart taksit kartları ilə ödənişinizi sürətli şəkildə edə bilərsiniz.

 

Rahatlığınızı düşünürük

Təkcə mebellə kifayətlənmirik, evinizin ehtiyacı ilə bütünləşməyi düşünürük. Bu səbəbdən mağazamızda zövqlə seçilmiş ev tekstili məhsulları da yer alır. Nevresim dəstləri, yataq örtükləri, yorğanlar, süfrələr, dəsmallar, yastıqlar və daha çoxu ilə seçimlərinizi rahatlaşdırmaq üçün yanınızdayıq.

Mebel və ev tekstili, kreditlə mebellər Yataq otağı, gənc otağı, qonaq otağı, divan, masa və s.